SON DƏQİQƏ

Lavrov: Şübhəniz olmasın, cavab verəcəyik

Tarix:

27-03-2018, 15:54

/ 10 256 dəfə oxundu.
Lavrov: Şübhəniz olmasın, cavab verəcəyik

Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib ki, ölkəsi Avropa Birliyi, ABŞ və Kanadadan diplomatik nümayəndələrin kütləvi deportasiyasına cavab verəcək. Bu barədə o, Əfqanıstan prezidenti ilə görüş zamanı danışıb.
Gunaz.az məlumat verir ki, Sergey Lavrov mövcud durumu ədəbsiz hal kimi qiymətləndirib: "Şübhəniz olmasın, cavab verəcəyik".

Qeyd edək ki, 26 mart tarixində Solsberi olayına görə ABŞ, Kanada və bir sıra Avropa ölkələri 100-dən çox rusiyalı diplomatın deportasiya edilməsi barədə qərar verib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da vurğulayıb ki, Moskva diplomatların sürgünü üçün adekvat cavab verəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ