SON DƏQİQƏ

Tramp silah mafiyasına müharibə ELAN ETDİ

Tarix:

24-03-2018, 23:40

/ 10 272 dəfə oxundu.
Tramp silah mafiyasına müharibə ELAN ETDİ

ABŞ yarımavtomatik silahları avtomatik silahlara çevirən aparatların istifadəsini qadağan edib.

Gunaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

O bildirib ki, məsələ ilə bağlı Ədliyyə Naziriliyinə tapşırıq verib.

“Barak Obama yarımavtomatik silahları avtomatik silahlara çevirən aparatların istifadəsini qanuniləşdirmişdi. Pis fikirdir. Söz verdiyim kimi, bu gün Ədliyyə Nazirliyi bu aparatların qadağan olunması haqqında açıqlama verəcək. Qanuni silahları qeyri-qanuni avtomatik silahlara çevirən bütün aparatları qadağan edəcəyik”.

Qeyd edək ki, Trampın tvitindən sonra ABŞ Ədliyə nazirliyi yazılı bəyanat yayaraq, bu aparatların istifadəsini qadağan etdiyini və həmin aparatların “tam avtomatik silah hissəsi” adlandıraraq satışını qadağan etdiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ