SON DƏQİQƏ
» » ABŞ dövlət departamenti Azərbaycan xalqını təbrik etdi

ABŞ dövlət departamenti Azərbaycan xalqını təbrik etdi

Tarix:

20-03-2018, 11:06

/ 10 267 dəfə oxundu.
ABŞ dövlət departamenti Azərbaycan xalqını təbrik etdi

ABŞ dövlət katibinin birinci müavini Con Sallivan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Gunaz.az-ın xəbərinə görə, təbrikdə deyilir: "Bu gün dünyada milyonlarla insanlar Novruz bayramını qeyd edirlər.  ABŞ-da, Əfqanıstanda, Azərbaycanda, Çində, Gürcüstanda, Hindistanda, İraqda, İranda, Qırğızıstanda, Qazaxıstanda, Pakistanda, Rusiyada, Suriyada, Türkiyədə, Tacikistanda, Türkmənistanda, Özbəkistanda yaşayan insanlar bayram süfrəsi ətrafında toplaşırlar, rəqs edirlər, oxuyurlar, vaxtlarını ailələri və dostları ilə keçirirlər".

Sallivan həmçinin Novruzun son hadisələrdən nəticə çıxarmaq vaxtı olduğunu qeyd edib: "Novruz - gələcəyə ümidlərimiz haqqında düşünmək vaxtıdır. Qoy qarşıdan gələn il hamıya sülh, azadlıq və tərəqqi gətirsin".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ