SON DƏQİQƏ
» » Türkiyə Silahlı Qüvvələrindən afrinlilərə XƏBƏRDARLIQ - Uzaq durun

Türkiyə Silahlı Qüvvələrindən afrinlilərə XƏBƏRDARLIQ - Uzaq durun

Tarix:

16-03-2018, 14:33

/ 10 263 dəfə oxundu.
Türkiyə Silahlı Qüvvələrindən afrinlilərə XƏBƏRDARLIQ - Uzaq durun

Türkiyə Silahlı Qüvvələri təyyarələr vasitəsilə Afrin xalqına kürd və ərəbcə xəbərdarlıq bildirişləri atıb.

Gunaz.az xəbər verir ki, bildirişlərdə terrorçulardan, onların mövqelərindən və sığınacaqlarından uzaq durulması tövsiyə edilib.

“Dəyərli afrinli qardaşlarımız, PKK/PYD/YPG/İŞİD terror təşkilatları illərdir sizə və bizə maddi və mənəvi zərərlər verir. Sizi evinizdən, yurdunuzdan, sevdiklərinizdən məhrum edir. Onlara “dur” deməyin zamanı gəlib. Tək hədəfimiz sizə əzab verən terrorçulardır. Onların sığınacaqlarından uzaq durun. Afrindən çıxmaq istəyənlər TSQ-nın nəzarəti altında olacaqdır. Terrorçular tərəfindən zorla silah tutanlar siz də evlərinizə geri qayıdın”, - xəbərdarlıqda yazılıb.(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ