SON DƏQİQƏ

"Görünməz Təyyarə" istehsal olundu

Tarix:

13-03-2018, 16:07

/ 10 296 dəfə oxundu.
"Görünməz Təyyarə" istehsal  olundu

Çin radara yaxalanmayan "Görünməz Təyyarə" istehsal etdiyini açıqlayıb. Sözügedən texnologiyanın inkişaf etdirildiyi laboratoriya ölkə mətbuatının ziyarətinə açılıb.
Gunaz.az xarici mediadan istinadən məlumat verir ki, Shenzhendəki bir şəhərdə yer alan laboratoriyada döyüş təyyarələrinin görünməz olmasını təmin edəcək bir material inkişaf etdirildiyi də açıqlanıb.

Sözügedən texnologiyanın inkişaf etdirildiyi laboratoriya ölkə mətbuatının ziyarətinə açılıb. Ölkə mətbuatında geniş yer alan xəbərdə Shenzhendəki kompleksdə istehsal olunan materialın fotoları da dərc olunub.

Son illər hərbi xərclərini ciddi dərəcədə artıran Çin, keçən aylarda yeni nəsil drone-u üçün əhəmiyyətli bir addım atmışdı.

Bir müddətdir ki, yeni nəsil casus drone inkişaf etdirən Çin radara yaxalanmayan casus drone-unu test etməyə başlamışdı Sözügedən drone-un ən diqqət çəkən cəhəti isə radara yaxalanmayacaq olması.

Çinin casus droneu bu xüsusiyyəti üzündən kabus drone kimi də anılır. Dəniz səviyyəsindən 20 kilometr yüksəkdə uça bilən drone çox yüksəkdə uçacağı üçün radara yaxalanmır.

скачать dle 12.1

Şərhlər