SON DƏQİQƏ

Tramp “Oskar”ı sərt tənqid etdi

Tarix:

7-03-2018, 13:57

/ 10 264 dəfə oxundu.
Tramp “Oskar”ı sərt tənqid etdi

“Oskar” mükafatının 4 Mart tarixində keçirilən təqdimetmə mərasiminə münasibət bildirən Donald Tramp deyib ki, Amerika kinematoqrafında daha ulduz yoxdur.

Gunaz.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə ABŞ prezidenti bu barədə özünün Twitter səhifəsində yazıb.

O, bildirib ki, yeganə ulduz özüdür.

“Problem ondadır ki, sizin prezidentinizdən başqa (əlbəttə zarafat edirəm) artıq ulduzunuz yoxdur”, - Tramp deyib. Onun sözlərinə görə “Oskar”ın builki reytinqi tarix boyu ən aşağı səviyyədədir.

Variety jurnalının məlumatlarına görə 2018-ci ildə mükafatın təqdimetmə mərasiminə baxan amerikalıların  sayı ötən ilə nisbətən 16 faiz az olub.

скачать dle 12.1

Şərhlər