SON DƏQİQƏ

Erməni təbliğat maşınına daha bir zərbə

Tarix:

1-03-2018, 08:49

/ 10 256 dəfə oxundu.
Erməni təbliğat maşınına daha bir zərbə

Azərbaycanlı gənclər fevralın 28-də Avropa Parlamentinin (AP) binasında keçirilən bir digər erməni tədbirinə müdaxilə edərək, düşmənin təbliğat məqsədlərini bir daha puça çıxarıblar.

AZƏRTAC xəbər verir ki, işğal edilmiş ərazilərimizə qanunsuz səfər etdiyinə görə Azərbaycan tərəfindən axtarışa verilmiş AP üzvlərinin ev sahibliyi və Brüsseldəki erməni lobbi təşkilatlarının dəstəyi ilə Dağlıq Qarabağa dair Avropa Parlamentinin binasında propaqanda tədbirinin keçirilməsi planlaşdırılıb. Qeyd edək ki, bu AP üzvləri, həmçinin Avropa Parlamentində fəaliyyət göstərən Aİ-Ermənistan dostluq qrupunun rəhbərliyində yer alırlar.

Lakin tədbirə qoşulan Azərbaycanlı gənclər çıxışlar yekunlaşan kimi söz alıblar və verdikləri suallarla ermənipərəst çıxışçıları çətin vəziyyətdə qoyublar.

İşğal olunmuş ərazilərdən olan gənclər açıq şəkildə erməni lobbisinin beynəlxalq ictimaiyyəti aldatmağa cəhd etdiyini və bilərəkdən yalnız ermənilərin münaqişədən əziyyət çəkən tərəf kimi təbliğ etdiyini diqqətə çatdırıblar. Məcburi köçkün həyatının çətinliklərindən danışan gənclər tədbirin əvvəlində Sumqayıt hadisələrinə görə bir dəqiqəlik sükut elan edən (milliyətcə erməni qadınla evli olan) Frank Engelə müraciət edərək, eyni yanaşmanı Xocalı qurbanlarına da nümayiş etdirilməsini tələb ediblər.

Bu gözlənilməz sual qarşısında duruxan F.Engel bir dəqiqəlik sükutun bütün Qarabağ münaqişəsi qurbanlarına həsr edildiyini deyib və tədbir zalını tərk edib.

Tədbir zamanı, həmçinin təşkilatçılar bu propaqanda tədbirinə çoxsaylı dəvətlər göndərilməsinə baxmayaraq, Avropa İttifaqının qurumlarının nümayəndələrinin qoşulmamasından açıq şəkildə narazılıq bildiriblər.

Beləliklə, Azərbaycan gəncləri bir daha sayıqlıq göstərərək erməni diasporunun Avropa Parlamentinin binasında planlaşdırılan propaqanda fəaliyyətinə daha bir zərbə vurublar.

скачать dle 12.1

Şərhlər