SON DƏQİQƏ

Çindən Suriyaya humanitar yardım

Tarix:

28-02-2018, 10:31

/ 10 333 dəfə oxundu.
Çindən Suriyaya humanitar yardım

Çin höküməti tərəfindən Suriyaya humanitar yardım göstərilib.

ONN media xəbər verir ki, bu barədə mətbuata Çin Xalq Respublikasının Suriyadakı səfiri Si Syanszin məlumat verib. Səfir bildirib ki, humanitar yardım məqsədilə Çin Suriyaya 5,4 min ton düyü göndərib.

Səfir çıxışında rəsmi Pekinin Suriya torpaqlarında ədalətin bərpasında maraqlı olduğunu və bu istiqamətdə fəal rol oynamağa səy göstərdiklərini də qeyd edib:

"Ümid edirik ki, humnaitar yardımlar və bu istiqamətdə görülən digər tədbirlər Suriya xalqının son dövrlərdə çəkdiyi əziyyətləri nisbətən də olsa azaltmağa kömək edəcək".

Xatırladaq ki, daha əvvəl Çin Respublikası Suriya rəhbərliyi ilə 40 milyon dollar dəyərində 3 saziş imzalayıb. Sazişə əsasən elektrik avadanlıqları, nəqliyyat vasitələri və digər humanitar yardımların tədarükü qismində Çin Dəməşqə qarşılıqsız yardım göstəriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ