SON DƏQİQƏ
» » Terrorçuların Türkiyə-Suriya sərhədi ilə təması kəsildi

Terrorçuların Türkiyə-Suriya sərhədi ilə təması kəsildi

Tarix:

26-02-2018, 20:49

/ 309 dəfə oxundu.
Terrorçuların Türkiyə-Suriya sərhədi ilə təması kəsildi

“Zeytun budağı” əməliyyatı çərçivəsində indiyədək 87 kənd olmaqla, 115 strateji nöqtə YPG/PKK-İŞİD terrorçularından azad edilib.
Gunaz.az xəbər verir ki, "Anadolu" agentliyiin yaydığı məlumata görə, Afrində aparılan əməliyyatlar nəticəsində terrorçuların Türkiyə-Suriya sərhədi ilə yerüstü təmasları kəsilib.

Türkiyə Baş Qərargahının məlumatına əsasən, “Zeytun budağı” əməliyyatında indiyədək 2059 terrorçu zərərsizləşdirilib. Onların 58-i sağ ələ keçirilib. 

Mülki əhalinin təhlükəsizliyini qorumaq və hərəkatı hədəfinə uğurla çatdırmaq məqsədilə bölgəyə xüsusi təyinatlı jandarm və polis dəstələri göndərilib.

Xatırladaq ki, Türkiyənin Suriya ilə sərhədindəki Afrin bölgəsinin terrorçulardan təmizlənməsinə yönəlmiş “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ