SON DƏQİQƏ
» » Sylvester Stallone ölüm xəbərinə açıqlama verdi

Sylvester Stallone ölüm xəbərinə açıqlama verdi

Tarix:

20-02-2018, 13:14

/ 1 614 dəfə oxundu.
Sylvester Stallone ölüm xəbərinə açıqlama verdi

Rocky və Rambo filmləri ilə yaddaşlara həkk olunan aktyor Sylvester Stallonenin ölüm xəbəri milyonlarla pərəstişkarını təşvişə saldı.Xəbər verdiyimiz kimi dünyaca tanınmış aktyor, ölüm xəbərinin ardından paylaşım edərək bu xəbəri yalanlamışdı, lakin bu xəbərlərə son qoymaq üçün aydınlıq gətirdi.

Gunaz.az məlumat verir ki,sosial mediada 71 yaşlı aktyorun öldüyünə dair şayiələr yayılmışdı və  dünyanın dörd bir yanından olan kinosevərləri cin atına mindirdi. Məşhur aktyor sosial medianı silkələyən bu xəbərlərin ardından, instagram hesabında paylaşım edərək "Xahiş edirəm, bu axmaqlığı görməməzliyə vurun. Həyatdayam, yaxşıyam, xoşbəxtəm və sağlamam" aydınlıq gətirib.

 

Qeyd edək ki, Stallonenin həyatını itirdiyini irəli sürən iddialar, 2016 -cı ilin fevral ayında da gündəmə gəlmişdi.Sylvester Stallonenin Los Ancelesdəki evində ölü tapıldığı deyilmişdi.Öldü şayiəsi yenədə gündəmi qarışdırdı.

 

 

скачать dle 12.1

Şərhlər