SON DƏQİQƏ
» » BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər

BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər

Tarix:

19-02-2018, 10:00

/ 1 093 dəfə oxundu.
BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər

Britaniyanın paytaxtı Londondakı "Royal Albert Hall"da Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (British Academy of Film and Television Arts, BAFTA) təsis etdiyi mükafatların təqdimat mərasimi keçirilib.

Gunaz.az The Guardian-a istinadən bildirir ki, 71-ci BAFTA mərasiminin triumfatoru britaniyalı rejissor Martin Makdohanın "Three Billboards Outside Ebbing, Missouri" filmi olub. 9 nominasiyada mükafata iddialı olan lent 4 nominasiyada qalib gəlib.

"Ən yaxşı orijinal ssenarili film" və "Ən yaxşı film" seçilən lentdə baş rol oynamış Frensis Makdormand "Ən yaxşı qadın rolu", Sem Rokuell "Arxa planda ən yaxşı kişi rolu" mükafatlarna layiq biliniblər.

"Darkest Hour" bayopikində Uinston Çörçill rolunu oynamış Qeri Oldmen "Ən yaxşı kişi rolu" mükafatını alıb.

"Arxa planda ən yaxşı aktrisa" nominasiyasında " I, Tonya" filmindəki roluna görə Ellison Cenni qalib gəlib, "Black Panther" filmindəki obrazına görə Deniel Kalluya "Ən yaxşı debütant" sayılıb

скачать dle 12.1

Şərhlər