SON DƏQİQƏ

Saakaşvili şəxsiyyət vəsiqəsini paylaşdı

Tarix:

15-02-2018, 11:50

/ 1 318 dəfə oxundu.
Saakaşvili şəxsiyyət vəsiqəsini paylaşdı

Ukraynanın Polşaya deportasiya etdiyi keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili bu dəfə Hollandiyaya köçüb.

Gunaz.az məlumat verir ki, Saakaşvili Facebookda əlində şəxsiyyət vəsiqəsinin şəklini paylaşaraq Hollandiyaya köçdüyü barədə yazılı məlumat yayıb:

“Hollandiyaya gəldikdən dərhal sonra mənə kimlik sənədi verildi. Bu kimlik mənə Avropada həyat və əmək haqqı verdi”.

Saakaşvili vətəndaşlıq almasının bir neçə dəqiqə davam etdiyini qeyd edib.

O, Ukrayna vətəndaşlığını geri qazanmaq məsələsində israrlı olduğunu da sözlərinə əlavə edib.

Qeyd edək ki, Saakaşvili 12 fevralda Kiyevdə saxlanılmışdı və Polşaya deportasiya edilmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ