SON DƏQİQƏ
» » Bu Avropa ölkəsi Saakaşviliyə şəxsiyyət vəsiqəsi verdi

Bu Avropa ölkəsi Saakaşviliyə şəxsiyyət vəsiqəsi verdi

Tarix:

15-02-2018, 07:37

/ 1 146 dəfə oxundu.
Bu Avropa ölkəsi Saakaşviliyə şəxsiyyət vəsiqəsi verdi

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.

Gunaz.az xəbər verir ki, Bu barədə M.Saakaşvili özü məlumat verib.

O, “Facebook”dakı səhifəsindən yazıb ki, bütün prosedur bir neçə dəqiqə çəkib:

“Bu gün Amsterdamda ilk dəfə kimliyimi təsdiq edən sənəd əldə etdim. Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi”.

Qeyd edək ki, M.Saakaşvili fevralın 12-də Ukraynanın paytaxtı Kiyevdə saxlanılaraq Polşaya readmissiya olunub.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ