SON DƏQİQƏ
» » Bomba həycanına görə London aeroportu bağlandı

Bomba həycanına görə London aeroportu bağlandı

Tarix:

12-02-2018, 10:26

/ 1 074 dəfə oxundu.
Bomba həycanına görə London aeroportu bağlandı

London şəhər aeroportu yaxınlıqdan keçən Temza çayında II Dünya Müharibəsi zamanından qalan bombanın aşkarlanmasına görə təhlükəsizlik məqsədilə bağlanıb.  

Gunaz.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bomba bazar günü, gecə saatlarında hava limanı yaxınlığında olan “5-ci Corc” limanında tapılıb. Saat 22:00 radələrində aeroport müvəqqəti olaraq bağlanıb. 

London baş polis idarəsi hərbi dəniz qüvvələrinin partlamamış bombanı ərazidən uzaqlaşdırmaq üçün işlər apardığını açıqlayıb. Sərnişinlərə aeroporta gəlməmələri və təxirə salınan təyyarə reysləri ilə bağlı aviaşirkətlərlə telefonla əlaqə saxlamaları tapşırılıb. 

Bombanın tapıldığı 214 metrlik çevrədə insanlar və daşınar əmlak kənarlaşdırılıb.

Qeyd edək ki, naməlum müddətə bağlanan aeroport ötən gün 16 min sərnişinə xidmət göstərməli idi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ