SON DƏQİQƏ

Ərdoğan Trampı ittiham etdi

Tarix:

7-02-2018, 12:50

/ 867 dəfə oxundu.
Ərdoğan Trampı ittiham etdi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ lideri Donald Trampı Suriyanın Menbiç vilayətindən YPG qruplaşmasının çıxarılması ilə bağlı verdiyi vədə əməl etməməkdə ittiham edib.

Gunaz.az xəbər verir ki, Ərdoğan Vatikana rəsmi səfərindən sonra jurnalistlərlə görüşündə bu məsələyə toxunub: "Obama Türkiyəni Menbiçdəki Suriya silahlı kürdləri ilə bağlı məsələdə aldatdı. Tramp da eyni yolu tutub. Tramp bizə dedi ki, YPG orada qala bilməz və Fərat çayından şərqə yola düşəcəklər. Tramp etiraf etdi ki, Menbiçin əsl sahibi ərəblərdir. Amma o, verdiyi vədə əməl etmədi".

Ərdoğan əlavə etdi ki, Türkiyədə Menbiçdən olan qaçqınlar çoxdur. Onlar vətənlərinə qayıtmalıdırlar və Menbiç əsl sahiblərinə qovuşmalıdır.
Bununla yanaşı, Ərdoğan Birləşmiş Ştatları kürdlərə silah verməkdə ittiham edib. Yanvar ayının sonunda Tramp bəyan edib ki, Vaşinqton bu yardımı dayandırır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ