SON DƏQİQƏ

ABŞ əsgərləri İraqdan geri çəkilir

Tarix:

5-02-2018, 12:18

/ 742 dəfə oxundu.
ABŞ əsgərləri İraqdan geri çəkilir

Terror təşkilatı DEAŞ-ın İraqda dağıdılmasının ardından ABŞ qüvvələrinə bağlı Amerika əsgərləri ölkədən çəkilməyə başlıyıb.
Gunaz.az xəbər verir ki,İraqda ABŞ-a hərbi xidməti təmin edən şirkətlər tərəfindən edilən açıqlamaya görə, əsgərlər ölkədən ayrılarkən bölgədəki silah və avadanlıqları Əfqanıstana transfer edilib. Şirkətlərdən alınan məlumata görə keçən həftə çox sayda Amerika əsgəri ölkəni tərk edib.

"Associated Press" (AP) xəbər agentliyinə danışan İraqlı rəsmiləri isə ABŞ əsgərlərinin ayrılma qərarını təsdiqlədi. Rəsmiləri İraq və ABŞ hökumətlərinin 3 ildən artıq müddətdir ki, bölgədə ABŞ əsgərlərinin ilk dəfə çəkilməsi barədə razılığa gəldiklərini açıqlayıb. Ancaq bu an üçün neçə əsgərin ölkəni tərk etdiyi açıqlanmayıb.

скачать dle 12.1

Şərhlər