SON DƏQİQƏ
» » Özcan Deniz 20 yaş kiçik sevgilisinə xəyanət edir?

Özcan Deniz 20 yaş kiçik sevgilisinə xəyanət edir?

Tarix:

24-01-2018, 14:02

/ 1 124 dəfə oxundu.
Özcan Deniz 20 yaş kiçik sevgilisinə xəyanət edir?

Məşhur aktyor-müğənni Özcan Deniz özündən 20 yaş kiçik sevgilisi Feyza Aktana xəyanət etməsi barədə xəbər yayılıb.

Gunaz.az -ın Türkiyə KİV-nə istinadən məlumatına görə,  toya hazırlaşan Özcanın eks-sevgilisi Buse Narcı ilə münasibətdə olduğu iddia edilib. 

Bu barədə “Maqazin D” proqramı  məlumat yayıb.  Bildirilir ki, Özcanla Buse 22 yanvar tarixində oteldə görüşüblər. Onlar məkandan çıxarkən kameralara tuş gəliblər. 

B. Narcı yazılan xəbərlərdən sonra sosial şəbəkədə açıqlama yayıb.  O, Özcanla bir ildir görüşmədiyini qeyd edib:

“Haqqımda yayılan xəbərləri həqiqəti əks etdirmir. Hörmətli media nümayəndələri, rica edirəm ki, bu tərz məlumatlar yayarkən diqqətli olun. Onunla bir ildir ki, görüşmürəm. Tezliklə övladı olacaq. Onu və mənim ailəmi düşünün, xahiş edirəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ