
Çinin Sintzyan-Uyğur muxtar vilayətinin Saybaq rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.
Gunaz.az Trend-ə istinadən bildirir ki, təkanlar yerli vaxtla saat 21.50-də qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 5 km olub.
Ölən və xəsarət alanlar haqqında məlumat daxil olmayıb.