SON DƏQİQƏ
» » Yer kürəsinə qəribə asteroid yaxınlaşır - Kəllə formasındadır

Yer kürəsinə qəribə asteroid yaxınlaşır - Kəllə formasındadır

Tarix:

22-12-2017, 16:53

/ 1 037 dəfə oxundu.
Yer kürəsinə qəribə asteroid yaxınlaşır - Kəllə formasındadır

İnsan kəlləsinə oxşar qorxunc asteroid 2018-ci ildə Yerin yaxınlığından keçəcək.
Gunaz.az xarici mətbuata istinadən xəbər verir ki, insan kəlləsi formasında görünən TB-145 asteroidin Yerdən ən yaxın məsafədə məhz  gələn il keçəcəyi gözlənilir.
Andalus Astrofizika İnstitutunun rəhbəri Pablo Santos bəyan edib ki, asteroidin bu qədər yaxın məsafədən bu kimi yad cisimlər haqqında daha ətraflı və yeni məlumatlar əldə etməyə imkan verəcək.
Qeyri-adi asteroidin ölçüsü 700 metrə kimi dəyərləndirilir. Onun üzərində günəş işığının 6%-i əks olunur. Bu o deməkdir ki, o, kömür kimi qaranlıqdır. İnsan kəlləsinə bənzər görünüşü onu izləyən astrofiziklərə qəribə həyəcan verir. Gələn ilin noyabrında yer ətrafından 3-5 saatlıq dövriyyə ilə keçəcək asteroidi daha yaxından çəkmək mümkün olacaq. 
Növbəti belə bir asteroid bir də 2088-ci ildə planetimizə yaxınlaşacaq. 
скачать dle 12.1

Şərhlər