SON DƏQİQƏ
» » Qüdsdə iğtişaşlar: Onlarla yaralı var - FOTO

Qüdsdə iğtişaşlar: Onlarla yaralı var - FOTO

Tarix:

8-12-2017, 15:41

/ 801 dəfə oxundu.
Qüdsdə iğtişaşlar: Onlarla yaralı var - FOTO

Dəməşqdə Qüdsün qapıları yaxınlığında İsrail polisi ilə etiraz aksiyasına çıxan müsəlmanlar arasında toqquşma baş verib. 

Gunaz.az xəbər verir ki, aksiya iştirakçılarının bir qrupu Köhnə şəhərin yaxınlığındakı küçəni bağlayıb. İsrailin Süvari polisləri onları dağıtmağa çalışır.

İnsident zamanı ən azı 40 nəfər xəsarət alıb. Onların təcili yardım maşınlarında aparıldığı bildirilir.

Toqquşma zonasına əlavə polis dəstələri də cəlb edilib.

Xatırladaq ki, dekabrın 6-da  ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasını elan edib.

 

скачать dle 12.1

Şərhlər