SON DƏQİQƏ
» » Fələstin ABŞ-a qarşı çıxdı: Texas Meksikanındır

Fələstin ABŞ-a qarşı çıxdı: Texas Meksikanındır

Tarix:

8-12-2017, 09:55

/ 1 093 dəfə oxundu.
Fələstin ABŞ-a qarşı çıxdı: Texas Meksikanındır

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə cavab olaraq Fələstin Milli Administrasiyası Texası Meksikanın ayrılmaz hissəsi kimi tanıyıb. 
Gunaz.az oxu.az-a istinadən, bu barədə "The Beaverton" nəşri yazır.
Bildirilir ki, Texas ərazisi 1840-cı illərdə Amerika Birləşmiş Ştatları tərəfindən işğal olunub. 
“Rio-Qrandedən şimalda və şərqdə yerləşən ərazilər meksikalılar üçün çox vacibdir. Amerikalılar buraya özləri ilə quldarlıq gətiriblər. Sonra ABŞ prezidenti Ceyms Polk öz ordusunu  Kaliforniya, Nyu-Meksiko, Arizona, Nevada və Yuta ştatlarına göndərərək bu əraziləri də Meksikanın əlindən alıb. Bu torpaqlara nəzarət həmişə Meksikada olub. Yaxın gələcəkdə bu torpaqları da Meksikanın ayrılmaz hissəsi kimi tanımağa hazırlaşırıq”, - Fələstin administrasiyasının nümayəndəsi bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ