SON DƏQİQƏ
» » Pakistanda məscidə silahlı hücum: Ölü və yaralılar var

Pakistanda məscidə silahlı hücum: Ölü və yaralılar var

Tarix:

29-11-2017, 21:07

/ 775 dəfə oxundu.
Pakistanda məscidə silahlı hücum: Ölü və yaralılar var

Pakistanda bir məscidə təşkil olunan silahlı hücumda bir kəşfiyyat rəsmisi həyatını itirib, 4 nəfər yaralanıb.
Gunaz.az CCNtürk.com-a istinadən xəbər verir ki, Pakistanın paytaxtı İslamabadda bir Şiə məscidinə silahlı hücum təşkil olunub. Məscid foyesində təşkil olunan hücumda silahlı şəxslərin məsciddə ibadət edənlərə atəş açdığı və bir kəşfiyyat rəsmisinin həyatını itirdiyi, 4 nəfərin yaralandığı öyrənildi.

Pakistanlı Polis Ghulam Əzələm, iki motosiklet 4 təcavüzkarın axşam namazından çıxan insanların üzərinə atəş açdığını dedi. Əzələm, hücumda Pakistan Daxili Kəşfiyyat Xidməti işçisinin bir neçə yerindən vurulduğunu, xəstəxanaya aparıldıqdan sonra həyatını itirdiyini, bildirib. Hadisənin məzhəb hücumu olub olmadığı hələ məlum olmadığını ifadə edən Əzələm, ölən şəxsin üzərində 6 güllə olduğunu, bu səbəblə hücumun hədəfində bu adamın olduğunu bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ