SON DƏQİQƏ

Ermənistan buna görə MDB-də sonuncu yerdədir

Tarix:

21-10-2017, 14:50

/ 1 159 dəfə oxundu.
Ermənistan buna görə MDB-də sonuncu yerdədir

Azərbaycanda əsas kapitala qoyulan investisyanın həcmi 2010-2016-ci illər ərzində 1,2 dəfə artıb.

Report xəbər verir ki, bu barədə MDB-nin Dövlətlərarası Statistika Komitəsinin hesabatında bildirilib.

Sənəddə vurğulanıb ki, bu müddət ərzində əsas kapitala edilən yatırımların həcminə görə ən pis nəticə Ermənistanda qeyd alınıb. Bu ölkədə 2010-2016-cı illər ərzində müvafiq yatırımların həcmi 29% azalıb. Bu göstəriciyə görə Ermənistan Moldova (-5%) və Belarusdan (-28%) sonra gəlir.

Mərkəzi Asiya ölkələri əsas kapitala qoyulan yatırımların həcminə görə liderdir (1,7-2,2 dəfə).

Hesabata əsasən, 2017-ci ilin ilk yarısında MDB ölkələrində əsas kapitala edilən yatırımların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artıb.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ