SON DƏQİQƏ
» » Müdafiə naziri istefa verdi - əsgər ölümünə görə

Müdafiə naziri istefa verdi - əsgər ölümünə görə

Tarix:

5-10-2017, 12:16

/ 913 dəfə oxundu.
Müdafiə naziri istefa verdi - əsgər ölümünə görə

Hollandiyanın müdafiə naziri Janin Hennis Malidə xidmət göstərən iki əsgərin qəza nəticəsində həlak olmasından sonra siyasi məsuliyyət daşıdığını bildirərək, istefa verib.
Gunaz.az BBC-yə istinadən xəbər verir ki, onunla birlikdə Hollandiya Baş Qərargah rəisi Tom Middentrop da vəzifəsindən getdiyini açıqlayıb.
Hollandiya BMT-nin Malidə siyasi sabitlik yaratmaq məqsədilə saxladığı beynəlxalq qüvvələrə hərbi dəstək verən ölkələrdəndir.
Qəza ilə bağlı Hollandiya Təhlükəsizliyi Araşdırma Qurumunun hazırladığı hesabat keçən həftə açıqlanıb. Hesabatda deyilir ki, Hollandiyanın Malidəki qüvvələrinin təhlükəsizlik məsələsində ciddi çatışmazlıqlar var.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ