Türkiyənin tanınmış ürək cərrahı, professor, doktor İlhan Paşaoğlu Ankarada intihar edib.
GUNAZ.az xəbər verir ki, cərrahın meyiti Ankarada, yaşadığı mənzildə aşkarlanıb.
O, sentyabrın 18-də dəfn edilib.
Tanınmış cərrahın ölümü ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, İlhan Paşaoğlu Türkiyənin 10-cu prezidenti Ahmet Necdet Sezerin də ürəyində cərrahiyyə əməliyyatı keçirib.