
"ABŞ hakimiyyəti beynəlxalq sabitlik üçün nəticələrini düşünmədən ikitərəfli münasibətlərimizi darmadağın etməyə davam edir”.
GUNAZ.az bildirir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-ın San-Fransisko şəhərindəki Rusiya Baş Konsulluğunun və Vaşinqton, Nyu York şəhərlərindəki Rusiya diplomatik obyektlərinin bağlanmasını şərh edərkən deyib. Bu barədə RBK məlumat yayıb.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti avqustun 31-də San-Fransisko şəhərindəki Rusiya Baş Konsulluğunun, eləcə də Vaşinqton və Nyu York şəhərlərindəki Rusiyaya məxsus 2 diplomatik obyektin fəaliyyətinin dayandırıldığını açıqlayıb. Ağ Evdən bildirilib ki, qərarı şəxsən prezident Donald Tramp qəbul edib. Səbəb Rusiya tərəfindən bu ölkədəki ABŞ diplomatik personalının sayının azaldılması barədə verilmiş qərardır.






























