SON DƏQİQƏ
» » Ermənistanda güclü partlayış - Zavod yanır-VİDEO

Ermənistanda güclü partlayış - Zavod yanır-VİDEO

Tarix:

28-08-2017, 14:55

/ 4 978 dəfə oxundu.
Ermənistanda güclü partlayış - Zavod yanır-VİDEO

Ermənistanda "Nairid” zavodunda partlayış baş verib.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, bu gün saat 13:10 radələrində İrəvanın Şenqavit rayonunda "Nairid-1” zavodunun anbarında partlayış olub.
Partlayış böyük yanğına səbəb olub. Hadisə yerinə 6 yanğınsöndürmə briqadası göndərilib. 
Bundan əlavə yanğın baş verən əraziyə çoxlu sayda xilasetmə, polis, yanğınsöndürmə və təcili yardım briqadaları göndərilib.
Hazırda yanğın davam edir. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. (azvision.az)

 

 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ