Rusiya HKQ Suriyada 200-dən çox İŞİD terrorçusunu məhv ediblər
Tarix:
21-08-2017, 08:57
/ 2 909 dəfə oxundu.
Rusiya Hava-Kosmik Qüvvələri Suriyada Deyr-ez-Zor şəhərinə gedən 200-dən çox İŞİD terrorçusunu məhv ediblər. Bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki: "Rusiya HKQ aviasiyası İŞİD terror qruplaşmasının qruplaşmaq istədiyi Deyr-ez-Zor şəhərinə gedən böyük qrup terrorçunu məhv edib. HKQ-nin bombardmançı və ordu aviasiyası 20-dən artıq avtomobil, zirehli texnika, həmçinin tanklar məhv ediblər. Eyni zamanda 200-dən artıq terrorçu məhv edilib".(Trend)