Mövlud Çavuşoğlunun arvadı Filippində qarət olundu
Tarix:
10-08-2017, 20:52
/ 2 988 dəfə oxundu.
Türkliyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun həyat yoldaşının qızıl-zinət əşyaları olan mücrüsü oğurlanıb. GUNAZ.azyerli mətbuata istinadən xəbər verir ki, hadisə Filippində ASEAN ölkələrinin 50-ci forumunun gedişindıə baş verib. Bildirildiyinə görə, hava limanında dörd nəfər Mövlud Çavuşoğlunun həyat yoldaşının qızıl-zinət əşyaları olan mücrüsünü oğurlayıb. Oğurlanmış əşyaların arasında ağ qızıldan üzük, brilyant üzük, mirvari qaşlı üzük, 3 cüt mirvari qaşlı sırğa və brilyant boyunbağı var. Yalnız evə qayıtdıqdan sonra Hülya Mavuşoğlu qarət olunduğunu anlayıb. Manila hava limanının direktoru Ed Monreal bildirib ki, oğrular saxlanılıb.