SON DƏQİQƏ

Türkiyədə 46 terrorçu məhv edildi

Tarix:

4-08-2017, 23:23

/ 3 446 dəfə oxundu.
Türkiyədə 46 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri son həftə ərzində 46 terrorçunu məhv edib.
GUNAZ.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhv edilən terrorçular arasında PKK-nın iki rəhbər şəxsi də var.
Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, antiterror əməliyyatları iyulun 27-dən avqustun 3-dək Şırnak, Hakkari, Van, Bingöl və Muş vilayətlərində keçirilib. Siirt vilayətinin Herekel rayonunda PKK-nın rəhbərlərindən olan Bəxtin Bilen Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub. O, Daxili İşlər Nazirliyi tərəfindən axtarışda imiş. Bundan əlavə, PKK rəhbərlərindən olan digər terrorçu - "Şahin" ləqəbli Yılmaz Kəs də məhv edilib.
Antiterror əməliyyatları çərçivəsində terrorçuların 41 sığınacağı məhv edilib. Həmçinin, Şırnak vilayətinin Beytüşşəbal rayonunda minalanmış avtobus "Atak" vertolyotu ilə partladılıb.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ