Venesuelada aksiyalar səngimir - Polis güc tətbiq etdi
Tarix:
29-07-2017, 16:23
/ 1 917 dəfə oxundu.
Müxalifətin təşkil etdiyi aksiyalar zamanı polislə nümayişçilər arasında növbəti dəfə toqquşma baş verib. Qeyd edək ki, prezident Nikolas Maduronun seçilmiş şəxslərdən böyük səlahiyyətlərə malik yeni orqanın yaradılması təşəbbüsü müxalifət düşərgəsində kəskin etirazla qarşılanıb. Xatırladaq ki, Venesuelada bu ilin aprel ayından başlayan aksiyalar zamanı azı 110 nümayişçi həyatını itirib, 4 mindən çox insan isə həbs olunub.