Qara dənizin Odessa şəhəri sahillərində Böyük Vətən müharibəsi dövründə Almaniyaya məxsus silah-sursat gəmisi aşkar edilib.
GUNAZ.az xəbər verir ki, bu barədə cümə günü Ukraynanın Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidmətinin Odessa üzrə İdarəsinin məlumatında bildirilir.
"Dalğıclar Qara dənizin Odessa vilayətinin Tatarbunar rayonunun Lebedevka kəndi sahillərində, 15 metr dərinlikdə göyərtəsində döyüş sursatları olan batmış "Teodorix" gəmisini aşkar ediblər", - deyə məlumatda qeyd olunur.(report)