SON DƏQİQƏ

Moskvada iki təyyarəni ildırım vurdu

Tarix:

30-06-2017, 18:56

/ 2 836 dəfə oxundu.
Moskvada iki təyyarəni ildırım vurdu

Moskvaya eniş etməyə hazırlaşan iki sərnişin təyyarəsini ildırım vurub. 
Bu barədə "İnterfaks”a xüsusi xidmətlərdə olan mənbə məlumat verib. 
"Məlumata görə, bu ərəfədə Həştərxandan "Vnukovo” və Praqdan "Şeremetyevo” hava limanına uçan təyyarələri ildırım vurub. Sərnişin və heyət üzvləri arasında xəsarət alan yoxdur”, - mənbə bildirib. 
O bildirib ki, enişdən sonra füzelyajların xaricində zədələr aşkar edilib. 
"Təyyarələrdən birində füzelyajın üzərindəki bir neçə bərkidici əriyib, digərində isə stabilizatorlardan birində zədələnmə aşkar edilib”, - mənbə bildirib. 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər