SON DƏQİQƏ

ABŞ Qətərlə RAZILAŞDI

Tarix:

15-06-2017, 14:53

/ 3 150 dəfə oxundu.
ABŞ Qətərlə RAZILAŞDI

ABŞ-ın iki hərbi gəmisi Qətər sahillərinə çatıb.
"Röyters” agentliyinə istinadən xəbər verilir ki, ABŞ Qətərlə birgə hərbi təlimlər keçirəcək.
ABŞ Qətərdə Yaxın Şərqdəki ən böyük hərbi bazalarından birinə sahibdir.
Digər bir xəbərə görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ölkələr tərəfindən embarqolara məruz qalan Qətər ABŞ ilə yeni döyüş təyyarələri almaq üçün razılaşıb. Vaşinqtonda dünən imzalanan razılaşmaya görə, Qətər 12 milyard dollar məbləğində 72 ədəd F-15 döyüş təyyarəsi alacaq.
ABŞ razılaşma ilə 42 ştatda 60 min yeni iş yeri açmağı planlaşdırır. ABŞ Konqresi ötən il 21 milyard dollar dəyərində təyyarə satışı üzrə müqavilələri təsdiqləyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Qətəri "terrorizmin sponsor” olmaqda ittiham etmişdi.(publika)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ