SON DƏQİQƏ
» » Tehranda Rusiya kanalının əməkdaşları saxlanıldı

Tehranda Rusiya kanalının əməkdaşları saxlanıldı

Tarix:

7-06-2017, 17:45

/ 4 548 dəfə oxundu.
Tehranda Rusiya kanalının əməkdaşları saxlanıldı

Tehranda "Russia Today" telekanalının ərəb versiyasının (RT Arabic) müxbiri və operatoru saxlanılıb.
"RİA-Novosti” agentliyinə istinadən xəbər verilir ki, hadisə parlament binasına hücumla bağlı vəziyyətin işıqlandırılması zamanı baş verib.
Onların saxlanılmasının səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, bu gün silahlı şəxslər Tehranda parlament binası və İran inqilabının lideri Xomeyninin türbəsinə hücum ediblər. Terror aktları nəticəsində 12 nəfər həlak olub, 42-si yaralanıb.
Hücumlara görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ