SON DƏQİQƏ
» » İran parlamentində və Xomeyninin məqbərəsində atışma: yaralılar var

İran parlamentində və Xomeyninin məqbərəsində atışma: yaralılar var

Tarix:

7-06-2017, 10:58

/ 3 755 dəfə oxundu.
İran parlamentində və Xomeyninin məqbərəsində atışma: yaralılar var

İran parlamentində naməlum şəxs və ya şəxslərin atəş açdığı bir vaxtda Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsində də silah səsləri eşidilib.
Trend-in məlumatına görə, yerli KİV-lər mqəbərədə bir nəfərin atəş açdığını yazır.
Hadisə yerində yaralıların olduğu bildirilir.
X X X
10:18
İran parlamentində atışma olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində ən az iki nəfər güllə yarası alıb.
Yerli KİV-lərin məlumatına əsasən, parlamentdə bir neçə nəfər girov götürülüb.
Hazırda atışmanın getdiyi bildirilir.
X X X
ISNA agentliyi xəbər verir ki, naməlum silahlı şəxs parlamentin binasına daxil olaraq mühafizəçilərə nizamsız atəş açıb. O, hələ də zərərsizləşdirilməyib. 3 nəfər xəsarət alıb.
"Tasnim" agentliyi isə 3 silahlı şəxsin 2 nəfəri yaraladığını bildirir.
Tehrandan olan millət vəkili İlyas Həzrəti 2 nəfərin AK markalı avtomatdan və bir nəfərin tapançadan atəş açdığını qeyd edib.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ