SON DƏQİQƏ

ABŞ Aralıq dənizindən İŞİD-i vurdu

Tarix:

7-06-2017, 08:19

/ 2 897 dəfə oxundu.
ABŞ Aralıq dənizindən İŞİD-i vurdu

Birləşmiş Ştatlar Aralıq dənizinin şərq hissəsinə yerləşdirdiyi gəmilərdən İŞİD terror qruplaşmasının mövqelərinə silsilə zərbələr endirib.
 Bu barədə çərşənbə axşamı ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) mətbuat xidməti məlumat yayıb.
"İyunun 6-dan "Corc Buş" aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu "Sarsılmaz qətiyyət" əməliyyatı çərçivəsində Aralıq dənizindən zərbələri bərpa edib", - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, zərbə qrupu iyunun 5-də "Sarsılmaz qətiyyət"ə dəstək əməliyyatı həyata keçirdikdən sonra və ABŞ HDQ-nin 5-ci donanmasının tərkibində dənizdə təhlükəsizliyi təmin etmək üçün Aralıq dənizinə daxil olub.

скачать dle 12.1

Şərhlər