SON DƏQİQƏ
» » Jurnalisti təhqir edən Arda milli karyerasını bitirdi

Jurnalisti təhqir edən Arda milli karyerasını bitirdi

Tarix:

6-06-2017, 19:48

/ 4 710 dəfə oxundu.
Jurnalisti təhqir edən Arda milli karyerasını bitirdi

Türkiyənin ən bahalı futbolçusu dünən yaşadığı xoşagəlməz olayın yekunu olaraq millidəki karyerasını başa vurduğunu açıqlayıb.
Dünən təyyarədə "Milliyət” qəzetinin jurnalisti Bilal Meşəni təhqir edən və güc tətbiq etmək istəyən Arda baş məşqçi Fateh Terim tərəfindən bu gün millinin təlim məşq düşərgəsindən kənarlaşdırılıb. "Barselona”nın oyunçusu buancavab olaraq, jurnalisti təhqir etməsindən peşman olmadığını və milli karyerasına son qoyduğunu bildirib. 
"Peşman deyiləm, özümü quş kimi hiss edirəm. Həyatım boyunca mənə qarşı deyilənləri və edilənləri heç zaman unutmadım.  Hər insan etdiklərinin qarşılığını mütləq alır. Həyatım boyunca yaxşı futbolçu və yaxşı insan olmaq üçün çalışdım. Haqqımda fərqli imzalarla xəbərləri yaydıqlarını bilirəm.Onlardan hər hansı birini görsəm, yenə eyni hərəkəti edərəm. Etdilərimin məsuliyyətini daşımağa hazıram. Buradaca milli karyeramı bitirirəm”.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər