SON DƏQİQƏ
» » "Bermud üçbucağı”nın müdhiş sirri – qeyri-adi faktlar, FOTOLAR+VİDEO

"Bermud üçbucağı”nın müdhiş sirri – qeyri-adi faktlar, FOTOLAR+VİDEO

Tarix:

1-06-2017, 15:27

/ 7 339 dəfə oxundu.
"Bermud üçbucağı”nın müdhiş sirri – qeyri-adi faktlar, FOTOLAR+VİDEO

Yüzlərlə təyyarə və gəmi qalıqlarının olduğu bu bölgədə həyatını itirən insanların sayı hələ də dəqiq bilnmir. 
Bəs əsrlərdir, lənətli bölgə olaraq bilinən bu sirli ərazidən xilas olan varmı?
"Ətrafıma baxanda şok keçirdim..."
1970-ci ildə Porto Rikadan Mayamiyə uçan bir amerikalı pilot başına gələnləri danışır: "Porto Rikadan Mayamiyə uçmağa başladım, səyahətimin 30-cu dəqiqəsində olduqca qəribə hadisələr yaşanmağa başlandı. Əvvəl bütün elektron qurğularda problem əmələ gəldi və kompas pozuldu. Dərhal vəziyyəti qülləyə bildirdim. Ətrafda gördüyüm mənzərə isə məni dəhşətə gətirdi. Təyyarənin ətrafını ağ duman bürümüşdü və sanki ətrafımda böyük bir tunel əmələ gəlmişdi.
Tunelin sonunda mavi səmanı gördüm. Dərhal buluddan qurtulmaq üçün təyyarəni həmin istiqamətə tərəf yönəltməyə başladım. Elektron qurğular və kompas düzəlmişdi.

"Bermud üçbucağı”nın müdhiş sirri – qeyri-adi faktlar, FOTOLAR+VİDEO

Bu, mənə bir az stimul verdi. Qüllədən harada olduğumu soruşdum. Onlar məndən 3 dəqiqədir, siqnal almadıqlarını, ancaq indi heç bir problemin olmadığını bildirdilər və hazırda Mayami üzərində olduğumu söylədilər. Mən onlara səhv etdiklərini, hələ 33 dəqiqədir ki, yolda olduğumu və Mayamiyə çatmaq üçün 30 dəqiqəm qaldığını dedim. Lakin başımı aşağı doğru çevirdiyimdə şok keçirdim. Doğrudan da Mayami üzərində uçurdum".

"Bermud üçbucağı”nın müdhiş sirri – qeyri-adi faktlar, FOTOLAR+VİDEO

 

90 il əvvəl itən gəmidən gələn xəbər...
Tarix boyunca çox sayda gəmi və təyyarənin itdiyi Bermuda dair təəccüblü xəbərlərə bir yenisi də əlavə olunub.
Belə ki, internetdə bir çox xarici blogger Kuba sahil təhlükəsizlik qruplarının 16 may 2016-cı il tarixində Bermudda tərkedilmiş halda olan böyük bir yük gəmisinə müdaxilə etdiyini bildirib.
 

"Bermud üçbucağı”nın müdhiş sirri – qeyri-adi faktlar, FOTOLAR+VİDEO

 
İddialara görə, sahil təhlükəsizlik qrupları Kuba sahillərinə girən gəmiylə əlaqə qurmağa çalışıb. Lakin gəmidən heç bir cavab ala bilməyiblər.
Təhlükəsizlik qrupunun əməkdaşları göyərtəyə çıxan zaman gəminin tamamilə tərk edilmiş olduğunu görüblər. Bir çox dünya alimi qeyd edilən gəminin bundan tam 90 il əvvəl itən "SS Cotapix” adlı kömür yüklü gəmi olduğunu iddia edirlər. Xəbərlərə görə, sahil təhlükəsizlik polisləri gəminin kapitanının seyr dəftərini tapmağı bacarıblar.
 

"Bermud üçbucağı”nın müdhiş sirri – qeyri-adi faktlar, FOTOLAR+VİDEO

 

Kubalı mütəxəssis Rodolfo Salvador Kruz özünün yazılarında "1925-ci il 1 dekabrda kapitanın qeydləri birdən-birə kəsilir. Qeydlərdə son tapdıldığı tarixə qədər hər hansı bir anormal hadisənin baş verməyi ilə bağlı heç nə yazılmayıb" – deyə yazıb.
 

"Bermud üçbucağı”nın müdhiş sirri – qeyri-adi faktlar, FOTOLAR+VİDEO

 

Gəmi 2 min 340 ton kömür daşıyırdı
Rəsmi qeydlərə görə, "SS Cotopaxi” adlı gəmi ABŞ-ın Cənubi Karolina limanından 29 noyabr 1925-ci ildə yola düşüb. Kapitan V.J.Meyerin əmri ilə 32 nəfərlik heyətlə yola çıxan gəmi, 2 min 340 ton kömür daşıyırmış. Gəmi 77 metr uzunluğunda və saatda 17.6 kilometr sürətlə hərəkət etmək qabiliyyətinə malik olub. 1925-ci il dekabrın 1-dən isə, gəmidən heç bir xəbər alınmayıb. Batdığı deyilən gəminin qalıqları bu günə qədər tapılmayıb.

"Bermud üçbucağı”nın müdhiş sirri – qeyri-adi faktlar, FOTOLAR+VİDEO

 
"Kəlləgöz”ün sirri

ABŞ-a məxsus "Kəlləgöz” adlı gəmi 4 mart 1918-ci ildə 306 nəfərlik heyətlə anidən yoxa çıxıb. Gəminin aqibətindən bu günə qədər heç bir xəbər yoxdur.

"Bermud üçbucağı”nın müdhiş sirri – qeyri-adi faktlar, FOTOLAR+VİDEO

 
28 dekabr 1948-ci ildə 32 sərnişin daşıyan "Douglas DC-3” tipli təyyarə yenə bu bölgədə itib. Təyyarənin aqibəti bu günə qədər sirr olaraq qalmaqdadır.
İllər ərzində "Bermud Üçbucağı”nda meydana gələn qəzalar fövqəltəbii güclərə, yadplanetlilərə və şanssızlıqara yozulub. Elm insanları isə, bu qəzalarla Gulf Stream axıntısının, maqnetik sahələrin, aşağı hava təzyiqinin, ya da dəniz altındakı təbii qaz qaynaqlarının səbəb olduğunu irəli sürürlər.

Coğrafiyası

"Bermud üçbucağı”nın müdhiş sirri – qeyri-adi faktlar, FOTOLAR+VİDEO

Dünyanın bu bölgəsində okean üzərində irili-xırdalı minlərlə ada var. Bu adaların ətrafı görünüş etibarilə bir-birinə çox bənzəyir. İndiki kimi texnoloji cihazlar olmadığı üçün gəmi və təyyarələr o dövrlərdə kompaslar və kapitanların təcrübələri sayəsində səfərlərə çıxırdılar. Başqa bir iddiaya görə, adaların bir-birinə olduqca oxşar olması da istiqamətin təyin edilməsində böyük çətinliklər törədib və bu da ardıcıl qeybolmalara səbəb olub.

"Bermud üçbucağı”nın müdhiş sirri – qeyri-adi faktlar, FOTOLAR+VİDEO

Hava şəraiti

 

"Bermud üçbucağı”nın müdhiş sirri – qeyri-adi faktlar, FOTOLAR+VİDEO

 

İndiyə qədər dünyanın ən böyük qasırğalarının yaşandığı bölgə eyni zamanda "Bermud Şeytan Üçbucağı” olaraq da adlandırılır. "Gulf Stream” axıntılarının davamı olduğu bu coğrafi bölgədə müəyyən fasilələrlə nəhəng qasırğalar, fırtınalar əmələ gəlir. Bu qasırğalar hər hansı bir gəmi və ya təyyarəni çox asanlıqla okeanın dibinə çəkə bilir.(musavat.com)
 



 



скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ