SON DƏQİQƏ
» » Ərdəbil və Urmiya şəhərlərində daha 4 nəfər edam edilib

Ərdəbil və Urmiya şəhərlərində daha 4 nəfər edam edilib

Tarix:

27-05-2017, 15:54

/ 3 678 dəfə oxundu.
Ərdəbil və Urmiya şəhərlərində daha 4 nəfər edam edilib

İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan daha 4 nəfər edam edilib.
İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, müttəhimlərdən biri (Davər Həmdərd) mayın 23-ü sübh saatlarında Ərdəbilin mərkəzi həbsxanasında, 3-ü (Səlahəddin Şəfi Kiya, Ramazan Muxtari və Osman Həsəni) isə mayın 26-da Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin mərkəzi zindanında dar ağacından asılıb.
Edam edilənlər, 1 kiloqramdan 10 kiloqrama qədər müxtəlif narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıb.
Son vaxtlar İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ