Özünü İraq Şam İslam Dövləti (İŞİD) elan edən terrorçu şəbəkənin "müdafiə naziri” öldürülüb. Bu haqda Suriya dövlət televiziyasına istinadən Röyter agentliyi məlumat yayıb. Röyterin xəbərinə görə, İŞİD-in "naziri”ni Bəşər Əsədə tabe olan qüvvələr məhv edib.
Qeyd edək ki, öldürülən İŞİD rəhbərinin adı açıqlanmır.