SON DƏQİQƏ
» » Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib

Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib

Tarix:

22-05-2017, 23:11

/ 4 059 dəfə oxundu.
Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib

"Sərkisyanın simasında Ermənistan hakimiyyəti kriminal dünya ilə əməkdaşlıq edir” 
Bir neçə gün əvvəl Çexiyada "qanuni oğrular”ın toplantısına polis hücumu olub və nəticədə toplantıda iştirak edənlər həbs edilib. 

Çexiya polisinin həbs etdiyi "qanuni oğrular”dan biri isə Ruben Tatulyan olub. Ermənilərin kriminal aləmlə əlaqəsi hamıya bəlli olduğundan Tatulyanın həbsində qeyri-adi heç nə yoxdur. Amma Tatulyanın Ermənistan İnvestisiya Klubunun üzvü olması məsələnin rəngini bir qədər dəyişir. Bu da son deyil. Polis araşdırması nəticəsində bəlli olub ki, "qanuni oğru” və Ermənistan İnvestisiya Klubunun üzvü diplomatik pasport daşıyır. Ermənistan Xarici İşlər Nazirliyi bu şəxsi diplomatik pasportla təmin edib. Bu fakt Ermənistan dövlətinin, hazırda orada hakimiyyətdə olan qüvvələrin kriminal-terrorçu mahiyyətini izah etmək üçün yetərlidir. Ermənistan dövlət olaraq kriminal mahiyyətlidir və "oğru dünyası”nın bir hissəsini təşkil edir. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunç "Birinci İnformasiya” saytına verdiyi açıqlamada məsələni belə izah edib: "Diplomatik nümayəndəliklərin necə, hansı kriteriyalar əsasında seçildiyini anlamaq çətindir. Ukrayna, Belarus, Türkmənistan və Polşada olan diplomatik nümayəndəliklərdə problemlərin olması ilə bağlı KİV-də tez-tez məlumatlar yayılır. Son fakt biabırçılıqdır. 
Artur Sakunç: 
"Xarici kriminal dairələr bizim hakimiyyətlə əməkdaşlıq edərək investisiya adı altında Ermənistanda çirkli pullarını yuyurlar”
Tatulyan bəyan edib ki, onu həbs etməyiblər və hər şey qaydasındadır. Söhbət kiminsə həbs olunmasından getmir. Söhbət ondan gedir ki, diplomatik pasport daşıyan şəxs kriminal aləmin üzvüdür və onun Ermənistan hakimiyyəti ilə sıx əlaqələri var. Bu fakt təsdiq edir ki, kriminal dünyanın nümayəndələri Ermənistan hakimiyyəti ilə sıx əlaqədədir”. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri son illərdə mətbuatda dərc edilən bəzi fotolara diqqət edib: "Sərkisyanın Tatulyanla fotoları yayılıb. Belə şəkillərdən birini Ermənistan prezidenti İspaniyada səfərdə olarkən çəkdirmişdi. Onun İspaniyada şəkil çəkdirdiyi iş adamı sonradan çirkli pulların yuyulması ilə bağlı həbs edildi. Ona görə də deyirəm ki, bizim milli-dövlət təhlükəsizliyi ilə bağlı ciddi problemlərimiz var. Bunun səbəbi odur ki, şəxsən Sərkisyanın simasında Ermənistan hakimiyyəti kriminal dünya ilə əməkdaşlıq edir. Bu şəxsin qaranlıq keçmişi, kriminal dünyanın nümayəndəsi ilə bağlı məlumatlar olduğu halda, onunla əməkdaşlıq etmək anlaşılmazdır. Əsas maliyyədir, investisiyadır. Buradan belə bir nəticə çıxır ki, xarici kriminal dairələr bizim hakimiyyətlə əməkdaşlıq edərək investisiya adı altında Ermənistanda çirkli pullarını yuyurlar. Deməli, Ermənistan beynəlxalq korrupsiya sisteminin bir hissəsini təşkil edir. Bu məsələ bizim hüquq-mühafizə orqanlarının bir nömrəli işi olmalıdır. Məsələ dövlətin təhlükəsizliyi ilə bağlı olduğundan Köçəryandan tutmuş Sərkisyana kimi hamı dindirilməlidir”.(Palitra)

 

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ