SON DƏQİQƏ

Türkiyənin tanınmış aktyoru vəfat edib

Tarix:

18-05-2017, 10:49

/ 3 108 dəfə oxundu.
Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış aktyoru Payidar Tüfekçioğlu vəfat edib.
 Türkiyə KİV-inə istinadən xəbər verilir ki, qaraciyərində yaranan xəstəlikdən əziyyət çəkən aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Payidar Tüfekçioğlu 1962-ci ildə İzmirdə anadan olub. Teatr tamaşalarında rol almaq və filmlərə çəkilməklə bərabər xarici ekran əsərlərinin türk dilində səsləndirməsi ilə də məşğul olub. O, Hollywood filmlərinin tanınmış aktyorlarının türkcə dublajlarını edib. P.Tüfekçioğlu Afife Teatr Mükafatlarının "Ən yaxşı kişi aktyor" ve Avni Dilligil "Ən yaxşı kişi aktyor" mükafatlarına layiq görülüb. 
O, "Hünkarın Bir Günü",  "Kurtlar Vadisi Pusu", "Naciyeyi Kim Sevmez ", "Ölümsüz Aşk ", "Acayip Hikayeler", "Sudan Bıkmış Balıklar", "Yunus Emre Aşkın Yolculuğu " kimi seriallarda rol alıb.

GUNAZ.az

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ