SON DƏQİQƏ

Ermənistanda hakim həbs olundu

Tarix:

15-05-2017, 20:01

/ 2 579 dəfə oxundu.
Ermənistanda hakim həbs olundu

Ermənistanda rüşvət almaqda şübhəli bilinən hakim həbs olunub.
"news.am”a istinadən xəbər verilir ki, Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Vayotsdzor və Ararat vilayət məhkəmələrinin hakimi Levon Arazyan mayın 11-də rüşvət aldıqdan sonra Milli Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həbs olunub. Faktla bağlı cinayət işi başlanıb.
İstintaq materiallarına əsasən, hakim cərimə hökmü çıxarmaq üçün təqsirləndirilən şəxsdən 600 dollar tələb edib. Rüşvət hakimə Vedi şəhərindəki məhkəmə binasında verilib.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər