SON DƏQİQƏ
» » Angela Merkel Türkiyənin referendumuna münasibət bildirib

Angela Merkel Türkiyənin referendumuna münasibət bildirib

Tarix:

9-05-2017, 18:42

/ 2 537 dəfə oxundu.
Angela Merkel Türkiyənin  referendumuna münasibət bildirib

Almaniya Kansleri Angela Merkel Türkiyənin edam qərarı ilə bağlı keçirəcəyi referenduma münasibət bildirib.

Xarici mediaya istinadla xəbər verilir ki, o, bununla bağlı Almaniyanın VDR5 radiosuna açıqlama verib.

Merkelin sözlərinə görə, Ankara rəhbərliyi edam qərarı ilə bağlı Almaniyada təbliğat apara bilməyəcək: "Buna icazə verilməyəcək. Hələlik biz bununla bağlı qərarı qətiləşdirməmişik. Çünki bu mövzu Türkiyədə müzakirə olunmaqdadır".

Bundan öncə isə Avropa Birliyi Komissiyasının rəhbəri Jan-Klod Yunker də Türkiyəni xəbərdar etmişdi:

"Edam qərarının qəbul edilməsi Türkiyənin Avropa ailəsini rədd etməsi anlamına gəlir".

Qeyd edək ki, Türkiyədə ötən ilin 15 iyulunda hərbi çevrilişə cəhd olub. Cəhdin qarşısını almaq üçün meydanlarda toplaşanlar qiyamçıların cəzalandırılması üçün ölüm cəzasının bərpasını tələb edən şüarlar səsləndiriblər.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ