Fransada iqtidarı təmsil edən sosialist partiyanın nümayəndəsi, millət vəkili Korin Erhel prezidentliyə namizəd Emmanuel Makrona dəstək konfransında danışarkən halı pisləşib. 50 yaşlı millət vəkili Korin dünən axşam saatlarında Makronu dəstəkləmək üçün keçirilən tədbirdə çıxış üçün kürsüyə dəvət edilib. Çıxış əsnasında halı pisləşən qadın qəflətən yerə yıxılıb.
Hadisə yerində olan iki həkim ona ilkin tibbi yardımı göstəriblər. Millət vəkili sonradan xəstəxanaya çatdırılıb. Amma həkimlər onun həyatını xilas edə bilməyiblər. O, xəstəxanada dünyasını dəyişib.