Modern siyasətdə artıq qayda yoxdur. Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Esquire” nəşrinə müsahibəsində deyib.
Nazir bildirib ki, hazırkı beynəxalq münasibətlər Soyuq müharibə dövründən də çətindir:
"O dönəmdə iki imperatorluq vardı: Qərb və SSRİ. İki tərəf də rəqibi ilə üçüncü ölkələrin torpaqlarında döyüşürdü. Lakin heç bir zaman öz sərhədləri daxilində birbaşa münaqişəyə girmədilər. Tərəflər həddini aşmaqdan ehtiyat edirdi. Lakin bu gün qayda yoxdur”.
Bundan əlavə, Lavrov Rusiya-ABŞ əlaqələrini izah edən ən yaxşı sözün "Gözlənti” olduğunu bildirib.