SON DƏQİQƏ

Ərdoğan Trampdan Güləni istəməyə gedir

Tarix:

21-04-2017, 17:22

/ 3 368 dəfə oxundu.
Ərdoğan Trampdan Güləni istəməyə gedir

Ərdoğan və Trampın müzakirə edəcəyi vacib məsələlərdən biri Türkiyə-Amerika münasibətlərinin yaxşılaşdırılması olacaq.
Bunu Şərq.az-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında mayın 16-17-də Vaşinqtonda keçiriləcək görüşü şərh edərkən politoloq Qabil Hüseynli deyib.
O xatırladıb ki, eks-prezident Barak Obama dövründə iki ölkə arasındakı münasibətlər o qədər də ürəkaçan deyildi:
"Burada ziddiyyətlər, problemlər yaranmışdı. Xüsusilə, Amerikanın Suriya kürdlərinə kömək etməsi məsələsi bu gün də aktual olaraq qalır. Bu yaxınlarda ABŞ-da yenə də Suriya kürdlərinə 300 milyon dollar məbləğində silah yardımı barədə qərar qəbul olundu. Bu məsələlər yenidən müzakirə ediləcək. Görək, Ərdoğan bunun qarşısını ala biləcəkmi”.
Türkiyə prezidentinin əsas problemlərindən birinin də Fətullah Gülənin Türkiyəyə qaytarılması olduğunu diqqətə çatdıran Q. Hüseynli deyib ki, bu məsələ ilə bağlı müsbət cavab əldə edə olunmayacaq:
"Çünki məsələ prezidentlər səviyyəsində həll edilmir. Xüsusilə, Amerikada məhkəmələrin sərəncamındadır. Əsas diqqət NATO çərçivəsində əlaqələrin möhkəmləndirilməsinə yönəlməli, Suriya məsələsində Amerika ilə iş birliyinə nail olunmalı, ümumiyyətlə, sarsılmış, Türkiyə-Amerika münasibətlərinin möhkəmləndirilməsinə can atmaq lazım gələcək”.
Qeyd edək ki, rəsmi açıqlamalarda iki ölkə liderinin müzakirə edəcəyi əsas mövzunun terrorizmə və İŞİD qruplaşmasına qarşı mübarizə məsələsi təşkil edəcəyi bildirilib.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər