Türkiyədə fabrikdə partlayış olub, 29 fəhlə yaralanıb
Tarix:
12-04-2017, 12:15
/ 4 151 dəfə oxundu.
Türkiyənin Tekirdağ əyalətinin Çerkezköy rayonunda toxuculuq fabrikindəki partlayış nəticəsində 29 fəhlə yaralanıb. Bu haqda Türkiyənin NTV telekanalı məlumat yayıb.
İnformasiyaya əsasən, hadisə yerinə təcili tibbi yardım heyəti və xilasedicilər cəlb olunub.
İlkin ehtimala əsasən, partlayış kimyəvi maddənin sızması nəticəsində baş verib.