SON DƏQİQƏ
» » Peterburq teraktını törədənin adı açıqlandı

Peterburq teraktını törədənin adı açıqlandı

Tarix:

4-04-2017, 19:50

/ 4 778 dəfə oxundu.
Peterburq teraktını törədənin adı açıqlandı

Rusiya İstintaq Komitəsi dünən Sankt-Peterburqda metroda partlayışın qırğız əsilli Rusiya vətəndaşı Akberjon Cəlilov tərəfindən törədildiyini təsdiqləyib.
Bu barədə bu gün Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
S. Petrenko deyib ki, ekspertlər "Ploşşad Vosstaniya” metrostansiyasında aşkarlanan, içərisində partlayıcı qurğu olan çantada A. Cəlilovun genetik izlərini aşkarlayıblar. Həmin qurğu da ora A. Cəlilov tərəfindən qoyulub.
Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti əməliyyat-axtarış tədbirləri çərçivəsində Ə. Cəlilovun qohumlarının dindirildiyini açıqlayıb.
Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunun "Sennaya Ploşşad" stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Ölənlər arasında 1, yaralananlar arasında da 1 azərbaycanlı var.
Partlayış baş verən yerdə terrorçu-kamikadzenin bədəninin hissələri aşkarlanıb.
Xatırladaq ki, bundan əvvəl teraktı Qazaxıstan vətəndaşı Maksim Aşirevin törətdiyi bildirilmişdi.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər